Emin Mahmudov: "Millidəyiksə, hər matça qələbə üçün çıxmalıyıq"

"Bu oyunlar bir-birimizi başa düşmək üçün lazımdır. Asan olacağını düşünmürük. Millidəyiksə, hər matça qələbə üçün çıxmalıyıq. İnanıram ki, sabah məqsədimizə çatacağıq".

Newsport.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudov səfərdə Moldovaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi rəqibin zəif olduğunu düşünmədiyini bildirib: "Bəzi oyunçuları Rusiyada çıxış edir. Onlarla tanışlığım var. Asan oyun olmayacaq".

Qeyd edək ki, noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda oynanılacaq Moldova - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right