Azərbaycan millisinin Moldova və Şimali Makedoniya ilə yoldaşlıq görüşlərində iştirak edə bilməyəcək “Qarabağ”ının müdafiəçisi Bədavi Hüseynovun son durumu bəlli olub.
Newsport.az xəbər verir ki, Ağdam klubunun mərkəz müdafiəçisi Premyer Liqanın 14-cü turunun “Sabah”la oyununda (0:0) zədələnərək ikinci yarıda Kevin Medina ilə əvəzlənmişdi.
MRT-də müayinəsindən keçən futbolçunun zədəsinin ciddi olmadığı bəlli olub.
Onun qarşıdakı həftə komandanın məşqlərinə qoşulacağı gözlənilir.