UEFA-nın Gənclər və Həvəskar Futbol Komitəsinin iclası keçirilib.
Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Federasiyanın texniki direktoru Cahangir Həsənzadə Gənclər və Həvəskar Futbol Komitəsinin həqiqi üzvü seçilib.
Xatırladaq ki, Həsənzadə uzun illər Azərbaycan millisinin qapısını qoruyub.