Macarıstanın U-21 yığmasının baş məşqçisi Zoltan Gera Türkiyə toplanışında qarşılaşacaqları Azərbaycan və Danimarka haqda fikirlərini bildirib.
Newsport.az xəbər verir ki, Macarıstan mətbuatına açıqlama verən Gera U-21 yığmamız barədə xoş fikirlər səsləndirib:
"Fərqli üslubda oynayan iki fərqli rəqiblə qarşılaşacaq. Azərbaycan son vaxtlar yaxşı futbol nümayiş etdirir. Fiziki cəhətdən çox yaxşı rəqibdir. Danimarka isə Avropanın ən yaxşı komandalarından biridir. Artıq bir çox futbolçu Çempionlar Liqasında oynamağa macal tapıb. Ona görə də, ikinci görüş bizim üçün əsl sınaq olacaq”.
Macarıstan(U-21)- Azərbaycan (U-21) oyunu noyabrın 17-də keçiriləcək.