"Qarabağ" Ukrayna millisinin forvardını istəyir

Ukrayna millisinin və "Dinamo"nun (Kiyev) forvardı Artyom Besedin Azərbaycanda oynaya bilər.

Newsport.az-ın məlumatına görə, ukraynalı hücumçunun xidmətində “Qarabağ” maraqlıdır.

Ukraynalı həmkarlarımızın yazdığına görə, təkliflərdən hansı ciddi olarsa, Besedin qışda həmin komanda ilə anlaşacaq.

​Bu mövsüm “Dinamo”nun heyətində bütün turnirlərdə 18 matça çıxab ukraynalı qol vura bilməyib. Onun müqaviləsi 2024-cü il iyunun sonunda başa çatacaq. 

Ağdam klubu ilə yanaşı “Kasımpaşa” və “Sivasspor” da Besedinin transferində maraqlıdır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right