"Sabah"ın qapıçısı: "Qarabağ"la oyunda qələbə gözləyirdik"

"Sabah"ın qapıçıs Yusif İmanov Premyer Liqanın 14-cü turunun "Qarabağ"la matçından (0:0) sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 20 yaşlı qolkiper Ağdam təmsilçisi ilə oyunda meydana qələbə üçün çıxdıqlarını bildirib:

"Matça çox ciddi hazırlaşmışdıq. Çətin olacağını bilirdik. Qələbə gözləyirdik. Amma bu da yaxşı nəticədir. Hər iki komandanın qol vəziyyətləri oldu. Onların da bəxti gətirmədi, bizim də. Tribunada azarkeşlər çox idi. İstərdik ki, bütün oyunlarda belə olsun. Çempionat uzundur, hələ heç nə bitməyib. Qarşıdakı matçlara hazırlaşacağıq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right