Azərbaycan Premyer Liqasının II turunda keçirilən "İnter" - "Neftçi" matçından sonra qalmaqal baş verib.
Newsport.az-ın məlumatına görə, hakimin final fitindən sonra "Neftçi" fanatlarından biri öz komandasının futbolçularına hücum edib.
Bu zaman o, sərt reaksiya ilə üzləşib. Araz Abdullayevlə Rahil Məmmədli azarkeşi vurmağa cəhd edib. Araya girən "Neftçi"nin sabiq futbolçusu, hazırda "İnter"də çıxış edən Mirhüseyn Seyidov onları sakitləşdirməyə çalışıb.
Dərhal polis müdaxilə edərək, həmin azarkeşi zərərsizləşdirib və özləri ilə aparıb. Fanatın "Forza Neftçi" azarkeş qrupunun üzvü olduğu güman edilir.
Qeyd edək ki, "İnter" - "Neftçi" oyunu 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.