"Qarabağ"dan ilk xal itkisi, Qərb derbisində heç-heçə Yenilənib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

 

Newsport.az-ın məlumatına görə, "Kəpəz" Gəncədə "Turan Tovuz"u qəbul edib. Qərb derbisi qolsuz heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 9-a çatdıran meydan sahibləri 9-cu pillədə qalıb. 16 xalı olan qonaqlar isə 6-cı pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Sumqayıt"ı 4:2, "Zirə" "Səbail"i 1:0, "Neftçi" isə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib. Tura bu gün keçiriləcək "Sabah" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XIV tur

13 noyabr (bazar)

14:30. “Kəpəz” – “Turan Tovuz” - 0:0
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Əli Əliyev
Hakim-inspektor: Munis Abdullayev
Gəncə şəhər stadionu.

 

17:00. “Sabah” – “Qarabağ” 0-0
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
“Bank Respublika Arena”.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Sumqayıt"ı 4:2, "Zirə" "Səbail"i 1:0, "Neftçi" isə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right