"Turan Tovuz" qərb derbisinə ciddi itkilərlə çıxacaq

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində səfərdə "Kəpəz"in qonağı olacaq.

 

Newsport.az xəbər verir ki, Tovuz təmsilçisi qərb derbisinə ciddi itkilərlə çıxacaq.

 

Klubun mətbuat xidmətindən verilən məlumata görə, müdafiəçi Ben Aziz Dao, yarımmüdafiəçilər Marakvelidze Piruzi və Cavid Tağıyev vacib oyunda komandaya kömək edə bilməyəcək. Natan Oduva ilə Ehtiram Şahverdiyevin oynayıb-oynamayacağı isə matç günü bəlli olacaq.

 

Qeyd edək ki, "Kəpəz" - "Turan Tovuz" qarşılaşması sabah saat 14:30-da Gəncə şəhər stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right