"Qələbə qazanmaq istəyirdik. Futbolçular bunun üçün çalışdılar”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi”nin baş məqşçisi Samir Əliyev deyib.
Azərbaycan Premyer Liqasının II turu çərçivəsində paytaxt derbisində "İnter”in qonağı olan "ağ-qaralar”ın "sükan sahibi” məğlubiyyətə səbəb kimi erkən qırmızı vərəqəni göstərib:
"Amma qırmızı vərəqə bizim planlarımızı alt-üst elədi. Bəzi futbolçular bu qırmızı vərəqədən sonra psixoloji cəhətdən sındılar. Bizim məqsədimiz 2-ci hissədə qol buraxmayıb, bərabərlik qolunu vurmaq idi. Rəqib də 10 nəfər qaldıqdan sonra imkanlarımız çoxaldı. Amma qol vura bilmədik”.