“Neftçi” və “Zirə”dən qələbə Yenilənib

Azərbaycan Premyer Liqasında 14-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə “Sumqayıt” Şamaxıda eyniadlı komandanın qonağı olub. Turun açılış matçında nə az, nə çox, 6 qol qeydə alınıb. Meydanı qalib kimi tərk edən isə “Şamaxı” olub.

“Neftçi” bu gün “Qəbələ” ilə üz-üzə gəlib. Bu qarşılaşma Bakı təmsilçisi üçün böyük əhəmiyyət daşıyırdı. Birinci və ikinci pillədən xeyli uzaqlaşan “Neftçi” üçüncü sırada mövqeyini möhkəmlətmək üçün bu oyunda qələbə qazanmalı idi. “Ağ-qaralar” buna inamlı qələbə ilə nail olub.

Son vaxtlar uğursuz çıxışla yadda qalan “Zirə”nin rəqibi isə “Səbail” olub. Rəşad Sadıqovun yetirmələri 3 xalı tək qolla qazanıblar.

Bu tur qərb derbisi ilə də əlamətdar olacaq. “Turan Tovuz” Gəncədə “Kəpəz”lə qarşılaşacaq.

Turun mərkəzi oyununda lider “Qarabağ” ən yaxın izləyicisi “Sabah”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası, 14-cü tur

11 noyabr

12 noyabr (şənbə)

18:30. “Neftçi” – “Qəbələ” - 2:0

Qollar: Kenni Sayef, 24, Rəhman Hacıyev, 76
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Rəhman İmami, Rövşən Rəcəbov
“Bakcell Arena”

16:00. “Zirə” – “Səbail” - 1:0

Qol: Rəhim Sadıxov, 73
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Eyyub İbrahimov, Cavid Cəlilov
Zirə İdman Kompleksinin stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right