"Mən nəticədən razıyam. Biz görüşün gedişatına nəzarət etməyi bacardıq”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "İnter”in baş məqşçisi Zaur Svanadze deyib.
Azərbaycan Premyer Liqasının II turu çərçivəsində paytaxt derbisində "Neftçi”ni üstələyərək cari mövsüm ilk qələbəsini qazanan "bankirlər”in gürcüstanlı "sükan sahibi” problemlərin fonunda uğur qazandıqlarını qabardıb:
"Yaxşı imkanlar əldə etdik. Biz problemlərin fonunda qalib gəldik. Yaxşı təlim-məşq toplanışı keçməmişik, bu da öz təsirini göstərir. Bizim 4 oyunçumuz zədədən əziyyət çəkir. Sevinirəm ki, bu gün heç bir oyunçumuz zədə almadı”.
Gürcü mütәxәssis Gürcüstan millisinin mәşqçisi Georgi Çixradzenin "Neftçi"yə qarşı oyunu stadiondan canlı izlәmәsindәn xәbәrsiz olduğunu bildirib: "Doğrudan, Çixradze burada idi? Bundan xәbәrim yoxdur".
Svanadze "Neftçi"dən transfer etdikləri futbolçuların bu gün yaxşı oynadığını vurğulayıb: " Xüsusilә, Denis Silvanı qeyd etmək istərdim".