"Adanaspor" Öndər Karaveli ilə yollarını ayırıb.
Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adana təmsilçisinin rəhbərliyi komandanın uğursuz çıxışına görə, 48 yaşlı məşqçini istefaya göndərib.
O, sentyabrda "Adanaspor"a baş məşqçi təyin edilmişdi.
Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ"ın akademiyasında çalışıb.