“Neftçi” gecikdiyinə, “Səbail” himnə görə cərimələndi

AFFA İntizam Komitəsinin “Neftçi”ni 800 manat məbləğində cərimələyib. Newsport.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, buna "ağ-qaralar"ın səfərdə “Sumqayıt”la 2:2 hesablı heç-heçə etdiyi Premyer Liqanın XIII tur oyununa gecikməsi səbəb olub.

"Səbail" - "Sabah" (0:2) oyununda PFL-in futbol himninin səsləndirilməməsi meydan sahiblərinə 800 manata başa gəlib.

"Turan Tovuz" – "Şamaxı" (1:3) görüşündə təcili tibbi yardım maşını başlama vaxtına gecikdiyinə görə Tovuz təmsilçisi 1 600 manat cərimə edilib.

Həmçinin, qonaq komandanın qapıçılar üzrə məşqçisi Anar Niftəliyev azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə klub 4000 manat cərimə ödəyəcək. Mütəxəssis isə 5 oyunluq cəzalanıb.
Sözügedən qarşılaşmada hər iki komandanın texniki zonasında oturan şəxslər A buraxılış vəsiqələrini taxmadıqlarına görə klublar 800 manat cərimələnib.

"Qəbələ" isə evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəldiyi matçda 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat ziyana düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right