Polşa klubunun müdafiəçisi millimizə dəvət edildi

"Visla"nın (Plotsk) müdafiəçisi Anton Krivotsyuk Azərbaycan millisinə dəvət edilib.

Newsport.az xəbər verir ki, bu barədə Polşa klubunun mətbuat xidməti məlumat yayıb.

Krivotsyukun Moldova və Şimali Makedoniya ilə yoxlama görüşlərinə cəlb edildiyi bildirilib.

Azərbaycan millisi noyabrın 16-da Kişinyovda "Zimbru" stadionunda Moldova yığmasının qonağı olacaq. Bu oyuna Bakı vaxtı ilə saat 21:00-da oynanılacaq.

Noyabrın 20-də isə yığmamızı Skopyedəki “Todor Proeski Milli Arena”da Şimali Makedoniya ilə üz-üzə gələcək. Həmin matç isə Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right