“Qarabağ”, “Neftçi” və “Sabah”ın səviyyəsi yüksəkdir" Aleksey Baqa

"Sumqayıt"ın belaruslu sabiq baş məşqçisi Aleksey Baqa "Belarus 5"ə müsahibə verib.

Newsport.az xəbər verir ki, o, sentyabrda istefaya göndərilməsində baxmayaraq, hələ də Bakıda qaldığın deyib: "Bunun böyük səbəbləri yoxdur. Birincisi, uşaqlar Bakıda məktəbə getdilər: rübün ortasında fasilə vermək istəmirəm. İkincisi, komanda ilə texniki məsələləri həll etmək lazımdır.  Televiziyada çoxlu futbol var, üstəlik internetdə nəsə tapa bilərsiniz. Üstəlik, eyni kompleksdə yaşadığımız qonşular arasında da tanışlar var. Bu, "Sabah"ın baş məşqçisi Murad Musayev, Azərbaycan millisinin məşqçisi Canni De Byazi və "Neftçi"nin çalışdırıcısı Laurentsiu Regekampfdır. Biz tez-tez bir-birimizi görür və danışırıq".

“Sumqayıt” Baqanın məşqçilik karyerasında çalışdırdığı üçüncü xarici klub olub. Bundan əvvəl o, "Jalqiris" (Litva) və "Aktobe"nin (Qazaxıstan) baş məşqçisi vəzifəsində çalışıb. Belaruslu mütəxəssis bu 3 klubun ölkələrindəki futbolu müqayisə edib: "Azərbaycan çempionatı əcnəbi futbolçuların dəvət olunması baxımından bir-iki addım öndədir. Oradakı futbolçular Braziliyadan, Portuqaliyadan, Almaniyadan, İspaniyadan əla keçmişə malikdirlər. Ona görə də “Qarabağ”, “Neftçi” və “Sabah”ın səviyyəsi yüksəkdir. İstər dizayn, istərsə də strategiya baxımından Azərbaycan futbolu bizə bir başlanğıc verə bilər. Demək olar ki, hər komandanın stadionları, infrastrukturu var".

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right