"Qarabağ"ın ötən gün "Turan Tovuz"la matçda (2:0) zədələnən qapıçısı Şahruddin Məhəmmədəliyev öz İnstaqram hesabında paylaşım edib.
Newsport.az xəbər verir ki, o, durumunun yaxşı olduğunu bildirib:
"Mənə görə narahat ola hər kəsə təşəkkür edirəm. Mən yaxşıyam. Təşəkkürlər, Tovuz".
Qeyd edək ki, Şahruddin Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış “Turan Tovuz”la görüşün sonuna yaxın xəsarət alıb. O, meydanı xərəkdə tərk edib.
