"Qəbələ"nin kapitanı Asif Məmmədov məşqlərini bərpa edib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mikrozədəsi olan yarımmüdafiəçi dünənki məşqə qatılıb.
Misli Premyer Liqasının XII turunun “Sabah”la səfər oyununda (1:2) zədələnən Rafael Utziqin isə müalicəsi davam edir.