Tovuzda futbol ictimaiyyəti şəhidlərin xatirəsini yad etdi FOTOLAR

Azərbaycan Premyer Liqasında "Turan Tovuz" və "Qarabağ" arasında III turdan təxirə salınmış oyundan öncə Peşəkar Futbol Liqası (PFL) klublar və futbol ictimaiyyəti ilə birgə şəhidlərin xatirəsini yad edib.

PFL-in əməkdaşları, şəhid ailələri, qazilər, "Turan Tovuz" və "Qarabağ" klublarının üzvləri, Futbolun İnkişafı Fondunun nümayəndələri, hakimlər və hakim inspektorların iştirakı ilə keçirilən tədbirdə ilk olaraq Tovuz şəhər stadionunun ərazisində yerləşən şəhid İlqar Zeynallının ("Turan Tovuz"un keçmiş futbolçusu) abidəsi, ardından Tovuz şəhərindəki şəhidlər xiyabanı ziyarət edilib. Ehtiram əlaməti olaraq abidələr önünə gül çələngi qoyulub.

Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma saat 14:30-da başlayacaq.

"Qarabağ"ın oyunundan öncə şəhidlər yad edildi - FOTOLAR

Xəbər lenti

Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right