Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turdan təxirə salınmış oyun keçrilib.
Newsport.az-ın məlumatına görə, "Qarabağ" səfərdə "Turan Tovuz"un qonağı olub. Görüş "köhlən atlar"ın qələbəsi ilə başa çatıb - 2:0.
Hesab 20-ci dəqiqədə açılıb. Meydan sahiblərindən Vüsal Məsimov avtoqol müəllifi olub. Digər qolu isə 37-ci dəqiqədə Kvabena Ovusu vurub.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 39-a çatdıran "Qarabağ" liderliyini möhkəmlədib. Bu mövsüm ölkə çempionatında keçirdiyi 13 matçın hamısından qalib ayrılan Ağdam təmsilçisi ən yaxın izləyicisi "Sabah"ı 5 xal qabaqlayır. 15 xalı olan "Turan Tovuz" isə 6-cı pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
III turdan təxirə salınmış oyun
9 noyabr (çərşənbə)
14:30. “Turan Tovuz” – “Qarabağ” - 0:2
Qollar: Vüsal Məsimov, 20. Kvabena Ovusu, 37
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
Tovuz şəhər stadionu.