Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Turan Tovuz” – “Qarabağ” görüşünün AFFA nümayəndəsi məlum olub.
Newsport.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının texniki direktoru Elgiz Abbasov Tovuzda iş başında olacaq.
Noyabrın 9-da keçiriləcək oyuna saat 14:30-da start veriləcək.