Ukrayna millisinin sabiq müdafiəçisi “Rəvan”da

Azərbaycan Premyer Liqada 2 tur geridə qalmasına baxmayaraq, "Rəvan” transfer çalışmalarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, daha bir əcnəbi futbolçu paytaxt klubuna qoşulub.
 
Bu, ukraynalı mərkəz müdafiəçisi Artyom Butenindi. Dünən Bakıya gələn 26 yaşlı oyunçu bu gündən kollektivlə birlikdə məşqlərə qoşulacaq. Lakin onun burda qalıb-qalmayacağına bir neçə günlük baxışdan sonra qərar veriləcək. Əgər Butenin baş məşqçi Emin Quliyevin etimadını doğrultsa, "Rəvan”ın 2-ci ukraynalısı, ümumilikdə isə 5-ci əcnəbisi olacaq.
 

Qeyd edək ki, Artyom Butenin Kiyev "Dinamo”sunun yetirməsidi. Karyerası ərzində 7 il bu klubun əvəzedici heyətində çıxış etmiş Butenin daha sonra müvafiq olaraq "Volın”, "Slovan”, ”Vorskla” və "Zarya”nın formasını geyinib. Futbolçu Ukraynanın U-17 (26 oyun), U-19 (18 oyun) və U-21 (1 oyun) yığmalarında da çıxış edib.
apasport.az




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right