"Qarabağ" bu göstəriciyə görə Avropada birincidi

"Qarabağ" cari mövsümdə Avropada yerli liqalarda keçirdiyi bütün oyunlarda qələbə qazanan yeganə komandadır.

 

Newsport.az-ın məlumatına görə, "köhlən atlar" Azərbaycan Premyer Liqasındakı ilk 12 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib.

 

Ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.

 

Son olaraq "Düdelanj" Lüksemburq çempionatının XI turunda "Svift Hesperange"yə 0:4 hesabı ilə yenilib. "Panatinaikos" isə Yunanıstan Super Liqasının XI turunda "Olimpiakos"la bərabərə qalıb - 1:1.

 

Qeyd edək ki, noyabrın 9-da oynanılacaq "Turan Tovuz" - "Qarabağ" qarşılaşması saat 14:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right