"Qarabağ" qarşısında nə gücümüz varsa, ortaya qoymağa çalışacağıq"

“Kəpəz”in yarımmüdafiəçisi Nicat Süleymanov Misli Premyer Liqanın 13-cü turunda bu gün keçiriləcək  “Qarabağ”la oyundan öncə danışıb. 

Newsport.az xəbər verir ki, Süleymanov klubun mətbuat xidmətinə açıqlamasında Ağdam klubu ilə görüş haqda bunları deyib: 

"Bizi həddindən artıq çətin oyun gözləyir. Bunun fərqindəyik. Layiqli şəkildə mübarizə aparmağa çalışacağıq. Çempionatda asan görüş yoxdur. Bütün qarşılaşmalar gərgin keçir. “Qarabağ” qarşısında nə gücümüz varsa, ortaya qoymağa çalışacağıq. Hamı rəqibin gücünə bələddir. Bununla belə meydana xal qazanmaq üçün çıxacağıq. "Səbail” üzərində qazandığımız qələbədən sonra əhval-ruhiyyəmiz daha da artıb. Gəncədəki oyunu unudub qarşıdakı matça köklənmişik".

N.Süleymanov meydana çıxıb-çıxmayacağının  baş məşqçinin qərarından asılı olacağını vurğulayıb: " Onun qərarına hörmətlə yanaşıram. Kimin oynamasından asılı olmayaraq əsas olan komandanın nəticəsidir. Meydanda mənə nə qədər şans düşsə, istifadə edib etimadı doğrultmağa çalışacağam.

​Sağ və sol cinahda oynamaq mənim üçün ilk dəfə deyil. Bu mövqelərdə özümü yad hiss etmirəm. Milli komandalarda dəfələrlə cinahlarda oynamışam, özümü pis də göstərməmişəm. Əsas yerim yarımmüdafiənin mərkəzidir. Baş məşqçi hansı mövqedə güvənsə, orada da çıxış edə bilərəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right