"Qarabağ" "Kəpəz"i məğlub etdi, "Sabah" "Səbail"dən güclü oldu Yenilənib

Futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, turun ilk oyunu Tovuzda keçirilib. Çempionatın mübariz kollektivlərindən olan “Turan Tovuz” mövsümün uğursuz komandalarından sayılan “Şamaxı”nı qəbul edib. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda doğma meydanda “Şamaxı”ya 1:3 hesabı ilə uduzub. Bununla da, Şamaxı təmsilçisi cari mövsümdə ilk qələbəsini qazanmış olub.

Dünən turun daha iki oyunu keçirilib. Əvvəlcə “Qəbələ” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Bu oyunun taleyini matça əlavə olunmuş dəqiqələrdə vurulan qol həll edib. “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov “Zirə”nin qapıçısı Mehdi Cənnətovun “çərçivə”dən irəli çıxdığını görərək, meydanın mərkəzindən baxımlı qola imza atıb. 0:1 hesablı məğlubiyyət “Zirə”nin turnir cədvəlində “Qəbələ”dən geri düşməsinə səbəb olub.

Turnir cədvəlinin sonuncu pillələrindən qurtulmağa çalışan “Sumqayıt” isə bu tur “Neftçi” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda meydan sahibləri iki dəfə hesabda önə keçsələr də, üstünlüyü qoruya bilməyiblər.

Son oyun günündə meydana əvvəlcə “Səbail”lə “Sabah” çıxacaq.

Turun son matçında isə “Qarabağ” “Kəpəz”i sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası, 13-cü tur

6 noyabr (bazar)

15:00. “Səbail” – “Sabah” 0-2

Qollar: Ceyhun Nuriyev, 36. Aleksey Kaşuk, 47
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rəşad Əhmədov
“ASCO Arena”

19:00. “Qarabağ” – “Kəpəz” 3:1

QollarRamil Şeydayev 16 (p), Musa Qurbanlı 76, Ovusu 78 - Yusif Nəbiyev 75

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Fərid Hacıyev
Tofiq Bəhramov adına Respublika Stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right