Fariz Nəcəfov: "Büdcənin artırılması məsələsi bu mövsümlük bağlanıb"

"Qəbələ"nin prezidenti Fariz Nəcəfov Premyer Liqanın XIII turunda "Zirə"ni məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlama verdi.

Newsport.az xəbər verir ki, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

- Sevincim qələbə ilə bağlı deyildi. Qolun gözəlliyinə görə yerimdən qalxdım. Bu gün daha çox istəkli idik. Bir növ komandada hər şey olunurdu, lakin son nöqtəni qoya bilmirdilər. Bu gün alındı.

- Son oyunlardakı şanssızlıq sizdə ümidsizlik yaradırdı, ya qələbəyə ümid yaradırdı?
- Oyunları təhlil etmək istəmirdim. Hər oyuna baxsaq, razılaşarsız ki, yaxşı futbol sərgiləmişik. "Şamaxı" ilə oyunu çıxmaqla qalan hamısında imkanlarımız oldu. Pis çıxmasın, bu gün "Zirə"nin 1 dənə epizodu olmadı. Bizdə isə 5-6 qol fürsəti yarandı. Futbolçularda inamsızlıq yaranmasından qorxurdum.

- Matç azarkeşsiz keçirildi...
- Çox pis idi. Azarkeşsiz futbol yox kimidir. Sakitçilik adama qəribə gəlir.

- Ötən mövsümlə müqayisədə bu il komandanın oyununda sanki eniş var.
- Meydanda futbolçular çalışır. Məşqçilərlə də danışırıq. Çatışmayan cəhətləri müzakirə edirik. Epizodlarımız olur, lakin son nöqtəni qoya bilmirik.

- Klubun maliyyə durumu nə yerdədir?
- Bizim üstünlüyümüz, bəxtimiz onda gətirdi ki, UEFA-dan avrokuboklardakı iştiraka görə pul aldıq. İndi də büdcə üzrə pullar verilir. Büdcənin artırılması məsələsi bu mövsümlük bağlanıb.

- Qış fasiləsində yeni oyunçular cəlb ediləcək?
- Xeyr. Güclənməyimiz üçün büdcə lazımdır, o da yoxdur. Futbolçularımızı da satmayacağıq.

- Elmar Baxşıyevin gələcəyi ilə bağlı məsələ nə yerdədir?
- Bizim məşqçilərlə aramızda səmimiyyətimiz, inamımız var. Elmar Baxşıyevə böyük inamım var. Arzulayıram ki, ona böyük büdcə ilə komanda tapşıraq. İstər burda olsun, istər başqa yerdə. Onun işini görürəm.

- AFFA klublara Müşahidə Şurası yaratmağı təklif edib. Sizin buna münasibətiniz nədir?
- Müşahidə Şurası məsələsi tövsiyə edilmişdi. Bu büdcə ilə dəyişikliyə ehtiyac görmürəm.

- Avrokuboklar üçün perspektivi necə görürsüz?
- Ötən il də bu məsələni çox danışdıq. Keçən sezon komandaya demişdim ki, sizdən bir nəticə istəmirəm. Gözəl, baxımlı futbol oynayın. Düşünürəm ki, bu il heyətimiz daha güclüdür. Avroliqada oynayıb, orada uğur qazanmaq şansımız az olsa da, getmək lazımdır. Bu, büdcəyə də xeyir verir. Medalçı olsaq da, olmasaq da avrokuboklara vəsiqə qazanmağa çalışacağıq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right