Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.
Newsport.az-ın məlumatına görə, "Neftçi" Sumqayıtda eyniadlı komandanın qonağı olub. "Kapital Bank Arena"da oynanılan görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
İlk qolu 42-ci dəqiqədə meydan sahibləri vurublar. Yeni transfer Riçard Qadze fərqlənib. 47-ci dəqiqədə Qodsvey Donyo tarazlığı bərpa etsə də, 61-ci dəqiqədə Murad Xaçayev "gənclik şəhəri" təmsilçisini yenidən hesabda önə keçirib. Son nöqtəni isə 87-ci dəqiqədə qonaqlardan Ataa Caber qoyub.
Bu nəticədən sonra xallarını 26-ya çatdıran "Neftçi" 3-cü pillədəki mövqeyini qoruyub. 5 xalı olan "Sumqayıt" isə sonuncudur.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" səfərdə "Turan Tovuz"a 3:1, "Qəbələ" isə evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib. Tura noyabrın 6-da keçiriləcək "Səbail" - "Sabah" və "Qarabağ" - "Kəpəz" görüşləri ilə yekun vurulacaq.
XIII tur
5 noyabr (şənbə)
15:00. "Qəbələ” – “Zirə” - 1:0
Qol: Ülvi İsgəndərov, 90+3
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
Qəbələ şəhər stadionu.
19:00. “Sumqayıt” – “Neftçi” - 2:2
Qollar: Riçard Qadze, 41. Murad Xaçayev, 61 - Qodsvey Donyo, 47. Ataa Caber, 87
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Vüsal Məmmədov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
“Kapital Bank Arena”.