Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Avropa Liqasının qrup mərhələsində keçirilən "Qarabağ" - "Frayburq" matçından sonra tvitter hesabında paylaşım edib.
Newsport.az-ın məlumatına görə, o, postunda bunlrı yazıb:
“Halal olsun "Qarabağ" Futbol Klubu!!! Son saniyəyə qədər mübarizə aparan aslanlarımıza eşq olsun!”
"Qarabağ" G qrupunu 3-cü sırada bitirib və mübarizəsinə Konfrans Liqasının pley-off mərhələsində davam edəcək.