"Qarabağ"ın prezidenti Tahir Gözəl bu gün "Frayburq"la keçiriləcək oyun öncəsi komandanın düşərgəsini ziyarət edib.
Newsport.az-ın məlumatına görə, klubun başqanı Ağdam təmsilçisinin daha bir tarixi oyunu ərəfəsində baş məşqçi Qurban Qurbanovla görüşüb, ona və komandasına inandığını deyib. Tahir Gözəl komandaya uğurlar arzulayıb.
Qeyd edək ki, "Qarabağ" - "Frayburq" qarşılaşması saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.