Azərbaycan Premyer Liqasının II tuirunda “Xəzər Lənkəran” səfərdə “Sumqayıt”la qarşılaşdı. Oyun 1-1 hesablı bərbarliklə başa çatdı.
Matçdan sonra cənub klubunun vitse – prezidenti Tuyqun Nadirov qarşılaşma haqqında Newsport.az-a açıqlama verib: “Səfər oyununda 1 xal belə önəmlidir. Komanda isə əzmkarlıq göstərir. İlk iki turdan sonra 4 xalı normal qarşılamaq lazımdır. Bundan sonrakı oyunlarda daha yaxşı mübarizə aparmaq lazımdır. ”
Hakimlik barədə də fikir bildirən Nadirov bir neçə səhvlərin olduğunu bildirib: “Belə oyunlarda hakimlikdən danışmaq bizə yaraşmaz. Hakim daha yaxşı oyun nümayiş etdirməli idi. Özünüz gördüyünüz kimi bəzi səhvlər oldu. Belə səhvlər hakimliyə başucalığı gətirmir. ”