"Turan Tovuz" və U-18 yığmamızın üzvü Sadiq Şəfiyev xarici klubların diqqətini çəkməyə davam edir.
Newsport.az saytına verilən məlumata görə, forvard bu dəfə Gürcüstan klubunun transfer siyahısına düşüb.
Belə ki, "Dinamo"nun skautları Sadiqi akademiyaya dəvət etmək niyyətindədi.
Şəfiyevin Tbilisi klubuna keçidi baş tutarsa, o, futbol akademiyasının üzvünə çevriləcək.
Xatırladaq ki, Sadiqin xidmətində maraqlı olan yeganə komanda "Dinamo" deyil. Belə ki, "Krakoviya" da gənc futbolçunu transfer etmək istəyir.