"Kəpəz"in kapitanı: "Bu, baş məşqçinin tapşırığı idi" MÜSAHİBƏ

"Kəpəz"in kapitanı Tural Rzayev Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Zirə"yə qarşı oyundan sonra fikirlərini bölüşüb.
 
- Bu cür tamaşaçı dəstəyi qarşısında qalib gəlmədiyimizə görə çox üzgünəm. Bu qədər qol imkanı yaxaladıq, ancaq yekunda qalib gələ bilmədik. Çox üzgünəm. Axı Gəncədə doğulmuşam və yerli fanatların qarşısında ilk oyunumuzda qalib gələ bilmədik.

- Qalib gələ bilməməyinizdə yeganə səbəb bəxtsizlikdi?
- Özünüz də gördünüz ki, 3 xal qazanmaq üçün hər şey etdik. Sadəcə, bəxt bizdən üz döndərdi. Ancaq qarşıdakı oyunlarda fanatlarımızı sevindirəcəyimizə əminəm.

- Qol vurduqdan sonra müdafiəyə çəkildiniz.
- Bu, məşqçinin tapşırığı idi. Əslində uğurlu da alınırdı. Oyunu əks-hücumlarla davam etdirmək istədik. Hətta son dəqiqədə 100 faizli qol imkanı yaxaladım. Ancaq qismət deyilmiş.

- "Neftçi" ilə oyunda da, bu gün də komandanız ikinci hissənin ortalarından müdafiəyə çəkildi. Bu da fiziki durumunuzun yerində olmaması ilə bağlıdı.
- Razıyam. Ancaq nəzərə alın ki, komanda 1 aydı yığılıb. Vaxt ötdükcə futbolçular arasında anlaşmada da, fiziki durumumuzda da irəliləyiş müşahidə olunacaq.(
Futbolinfo.az)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right