"Xəzər Lənkəran"dan PFL-ə ilk rəsmi etiraz

Azərbaycan Premyer Liqasında 2-ci turun növbəti oyunları keçirilib.
 
Newsport.az-ın məlumatına görə, "Sumqayıt" evdə "Xəzər Lənkəran"la 1:1 bərabərə qalıb.

Matçdan sonra baş tutan mətbuat konfransında qonaq komanda hakimliklə bağlı iradlarını bildirib. Belə ki, konfransda əvvəlcə Cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu çıxış edərək, bu barədə iradlarını səsləndirib. O, bildirib ki, hakimliklə bağlı iradlarını protokolda qeyd ediblər və bu barədə Peşəkar Futbol Liqasına (PFL) müraciət edəcəklər. Cəbrayıloğlu onu da əlavə edib ki, hakim-inspektor Əli Hüseynov onlara yaxın yerdə dayanmışdı və o, hələ ilk hissədə referinin səhvləri ilə bağlı çoxlu qeydlər etdi.Lənkaranlıların sözcüsü hakim-inspekotrun qeydlərini telefonuna qeyd etdiyini də bildirdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right