Azərbaycan Premyer Liqasının 2-ci turunda evdə "Xəzər Lənkəran"la bərabərə qalan (1:1) "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov matçla bağlı fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, Məmmədov qələbəni öz səhvlərindən əldən verdiklərini deyib:
“Mövsümdə ilk ev oyunumuza çıxdıq. Bu qarşılaşmada qalib gəlib, azarkeşlərimizi sevindirmək istəyirdik. Futbolçularda bu istək vardı. Amma sonradan öz səhvimizdən qol buraxıb, bir xalla kifayətlənməli olduq”.