"Oyun ağır keçdi. "Xəzər Lənkəran”ın "Sumqayıt”a qarşı oyunları həmişə bizim çətin alınır. Bu gün də elə oldu”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran” komandasının baş məşqçisi Yunis Hüseynov deyib.
Azərbaycan Premyer Liqasının II turu çərçivəsində səfərdə "Sumqayıt”la görüşən cənub təmsilçisi 1:1 hesablı bərabərliyə nail olub. Hüseynov isə oyunu belə dəyərləndirib:
"Əlbəttə, biz qalib gəlmək istəyirdik və bunun üçün imkanlarımız da vardı. Təəssüflər olsun ki, şanslardan yararlana bilmədik. Futbolçular döyüşdülər və mən komandamdan razı qaldım. Çatışmazlıqlar təcrübəsizlikdən qaynaqlanır. Qarşıda bizi "Rəvan”la ağır oyun gözləyir. Gənclər mübarizə aparırlar, amma onlardan hələ ki, tam razı deyiləm. Öz üzərlərində işləməlidirlər”.