PFL və “Cansports” arasında əməkdaşlıq müqaviləsi imzalandı

Peşəkar Futbol Liqası və “Cansports travel and consulting” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Newsport.az xəbər verir ki, “Cansports travel and consulting” şirkəti Peşəkar Futbol Liqasının daxili və xarici səfərlərini təşkil edən şirkətlər siyahısına daxil olub.

Bundan əlavə, zərurət yaranacağı təqdirdə “Cansport” şirkəti PFL-in digər layihələri zamanı da tərəfdaş kimi təşkilati işlərə müvafiq dəstək verə bilər.

Azərbaycanda bu sahədə fəaliyyət göstərən “Cansports travel and consulting” şirkətinin əsas məqsədi idman turnirləri, təlim-məşq toplanışları, idmanla bağlı müxtəlif xidmətləri yüksək səviyyədə həyata keçirmək və nümayiş etdirməkdir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right