"Gözlədim, heç Qətərdən də təklif gəlmədi" Emin Mahmudov

"Xəyallar qurmaq üçün artıq gecdir. Əvvəllər Avropaya getmək istəyirdim. İndi başa düşürəm ki, yəqin daha çağırmazlar".

Newsport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov Rusiya mətbuatına müsahibəsində deyib.

Millimizin də üzvü olan 30 yaşlı yarımmüdafiəçi legioner həyatı yaşamaq istədiyi ölkələri açıqlayıb: "Bir vaxtlar İspaniya və İngiltərədə oynamaq istəyirdim. Göstərdiyim futbola görə deyil, Vengerin “Arsenal”ını və “Real”ı bəyəndiyim üçün. Sequndadan yaxşı komanda dəvət etsə, oraya da gedərəm. Amma bunlar mənim xəyallarım və söhbətlərdir".

Ötən mövsüm yaxşı çıxış etdiyini bildirən futbolçu ölkə xaricindən təklif gözlədiyni gilətməyib: "Ötən il düşünürdüm ki, bəlkə kimsə təklif göndərər. Milli komanda ilə gözəl il keçirmişdim. 7 qol vurdum. Gözlədim, amma heç nə olmadı. Heç Qətərdən də təklif gəlmədi. "Neftçi" ilə müqaviləm var idi və heç kim məni transfer etmək istəmədi"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right