"Qarabağ"da ciddi itki

"Qarabağ" Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə "Şamaxı"nın qonağıdır.

Newsport.az-ın Şamaxıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Ağdam təmsilçisi bu görüşdə ciddi itki ilə üzləşib. Belə ki, yarımmüdafiəçi Filip Ozobiç zədələnib.

Həkimlər millimizin üzvünə ilkin tibbi yardım göstərsələr də, o, oyunu davam etdirə bilməyib. 

Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan "Şamaxı" - "Qarabağ" qarşılaşmasında hesab açılmayıb.

Hacı Mərdan/Şamaxı





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right