Renat oynadı, komandası məğlub oldu

Futbol üzrə İsveçrə Super Liqasında 14-cü turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun fornasını geyindiyi "Qrasshopper" öz meydanında "Lütsern"lə qarşılaşıb. Matç qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb.

Renat da bu görüşün iştirakçısı olub. 46-cı dəqiqədə oyuna daxil olan hücumçu 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Mövsümdə 5-ci məğlubiyyətini alan “Qrasshopper” 14 turdan sonra 17 xalla 7-ci sıradadır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right