"Qarabağ" "Şamaxı"nı "Sabah" "Qəbələ"ni məğlub etdi Yenilənib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub. 

Newsport.az-ın məlumatına görə, günün ikinci oyununda "Sabah" "Qəbələ"ni qəbul edib. 

“Bank Respublika Arena”dakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə hesabı qonaqlar açıb. 5-ci dəqiqədə İsnik Alimi penaltini dəqiq yerinə yetirib. 63-cü dəqiqədə Aleksey Kaşuk bərabərlik qoluna imza atıb. 90+3-cü dəqiqədə Davit Volkov komandasına qələbə qazandırıb. 

Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Sabah" ikinci pillədə qərarlaşıb. "Qırmızı-qaralar" 17 xalla beşinci sıradadır. 

Qeyd edək ki, günün ilk görüşündə "Qarabağ" səfərdə "Şamaxı"nı 4 cavabsız qolla üstələyib. XII turun digər matçlarında "Turan Tovuz" "Sumqayıt"ı 1:0, "Kəpəz" "Səbail"i, "Neftçi" isə "Zirə"ni 3 cavabsız qolla üstələyib. 

Azərbaycan Premyer Liqası, XII tur
 

30 oktyabr (bazar)

18:30. “Sabah” – “Qəbələ” - 2:1

Qollar: İsnik Alimi, 5-pen. (0:1), Aleksey Kaşuk, 63 (1:1), Davit Volkov, 90+3 (2:1)
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Fərid Hacıyev
“Bank Respublika Arena”

15:00. “Şamaxı” – “Qarabağ” - 0:4

Qollar: Musa Qurbanlı, 51, Elvin Cəfərquliyev, 56, Musa Qurbanlı, 90+3Cəlal Hüseynov, 90+5-avtoqol

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov
Şamaxı şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right