Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov "Kəpəz" - "Səbail" oyununu tribunadan izləyənlər arasında olub.
Newsport.az-ın məlumatına görə, 90 dəqiqə "Kəpəz"ə dəstək verən icra başçısı matçdan sonra "sarı-göylər"in soyunub-geyinmə otağına gələrək futbolçuları və məşqçiləri təbrik edib, qarşıdakı matçlarda onlara uğurlar arzulayıb. O, "Kəpəz"ə ev oyunlarında daim stadiondan azarkeşlik edəcəyini bildirib.
"Kəpəz" Premyer Liqanın XII turunda "Səbail"i 3:0 hesabıyla məğlub edib.