"Neftçi"nin futbolçusu zədələndi

"Neftçi"nin futbolçusu Azər Əliyev zədələnib.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi səfərdə "Zirə"yə qarşı keçirdikləri Misli Premyer Liqasının XII tur oyununda bud nahiyyəsindən xəsarət alıb.

Oyunu davam etdirə bilməyən təcrübəli futbolçu 19-cu dəqiqədə Azər Salahlı ilə əvəzlənib.

Qeyd edək ki, hazırda matçda ilk hissə oynanılır və "ağ-qaralar" hesabda öndədir - 1:0.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right