"Neftçi" "Zirə"yə, "Kəpəz" "Səbail"ə qalib gəldi Yenilənib

Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olub. Qarşılaşma "ağ-qaralar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Laurentsiu Regekampfın baş məşqçi olduğu komandadan qolları 6-cı dəqiqədə Yeqor Boqomolski, 76-cı dəqiqədə Qodsvey Donyo və 83-cü dəqiqədə Emin Mahmudov vurub.

Bu nəticədən sonra xallarını 25-ə çatdıran "Neftçi" 3-cü pillədəki yerini qoruyub. 19 xalı olan "Zirə" isə 4-cüdür. 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" evdə "Sumqayıt"ı 1:0, "Kəpəz" isə "Səbail"i 3:0 hesabı ilə məğlub edib. Tura oktyabrın 30-da keçiriləcək "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XII tur

29 oktyabr (şənbə)

15:00. "Kəpəz" – "Səbail" - 3:0

Qollar: Abdullahi Şuaybu, 36; 66. Fərid Nəbiyev, 84

Qırmızı vərəqə: Nihad Qurbanlı, 41 ("Səbail")

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
Gəncə şəhər stadionu.

17:30. "Zirə" – "Neftçi" - 0:3

Qollar: Yeqor Boqomolski, 6. Qodsvey Donyo, 76. Emin Mahmudov, 83
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, açılış oyununda "Turan Tovuz" evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib. Tura oktyabrın 30-da keçiriləcək "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right