Millimizin baş məşqçisi Canni De Byazi "La Repubblica" nəşrinə müsahibə verib.
Newsport.az-ın məlumatına görə, o, müsahibə zamanı Bakıdakı həyat tərzi ilə bağlı deyib:
"Bakı çox yaxşıdır. Ora həm gözəldir, həm də hava soyuq deyil. Çünki Bakı Leççe ilə eyni paraleldə yerləşir. Burada da futbol əsas problem olmasa, Tanrı kimi yaşayarsan (gülür). Dünyadakı siyasi gərginlik fonunda Azərbaycanda hər hansı müharibə narahatlığı yoxdur".