"Sumqayıt" Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində səfərdə "Turan Tovuz"un qonağıdır.
Newsport.az-ın məlumatına görə, "kimyaçılar" bu qarşılaşmada ciddi itki ilə üzləşib. Gənclik şəhəri təmsilçisinin yarımmüdafiəçisi Alya Ture zədələnib.
20 yaşlı qvineyalı futbolçu matçı davam etdirə bilməyib. Onun əvəzinə oyunun 20-ci dəqiqəsində Rüfət Abdullazadə meydana daxil olub.
Qeyd edək ki, hazırda ilk hissəsi davam edən "Turan Tovuz" - "Sumqayıt" görüşündə hesab açılmayıb.