"Turan Tovuz" "Sumqayıt"a qalib gəldi Yenilənib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.

Newsport.az-ın məlumatına görə, açılış oyununda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bölgə təmsilçisinə 3 xal qazandıran qolu 88-ci dəqiqədə Şəhriyar Əliyev vurub.

Bu nəticədən sonra xallarını 15-ə çatdıran "Turan Tovuz" 6-cı pillədəki yerini qoruyub. 4 xalı olan "Sumqayıt" isə sonuncudur.

Qeyd edək ki, XII turun "Kəpəz" - "Səbail", "Zirə" - "Neftçi" görüşləri oktyabrın 29-da, "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" oyunları oktyabrın 30-da olacaq.

 

Azərbaycan Premyer Liqası

XII tur

15:00. "Turan Tovuz" - "Sumqayıt" - 1:0

Qol: Şəhriyar Əliyev, 88

Tovuz şəhər stadionu.

Qeyd edək ki, XII turun "Kəpəz" - "Səbail", "Zirə" - "Neftçi" görüşləri oktyabrın 29-da, "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" oyunları oktyabrın 30-da olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right