Gəncədə və Sumqayıtda bərabərlik YENİLƏNİB

Azərbaycan Premyer Liqasında II turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə daha iki qarşılaşma keçiriləcək.

Günün ilk qarşılaşması Gəncədə baş tutacaq. "Kəpəz" doğma azarkeşləri önündə Premyer Liqanın debütantı "Zirə"ni sınağa çəkəcək. Oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Digər oyun Sumqayıtda keçiriləcək. Burada yerli "Sumqayıt" klubu "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirəcək. İlk turda "İnter"ə 2:0 hesabı ilə qalib gələn Lənkəran təmsilçisi bu görüşdən də 3 xalla ayrılmağa çalışacaq. "Sumqayıt"ın "Xəzər Lənkəran"a necə müqavimət göstərəcəyi maraqla gözlənilir. Bu matçın start fiti saat 21:00-da veriləcək. 

Qeyd edək ki, Premyer Liqada 2-ci tura sabah keçiriləcək "İnter" - "Neftçi" oyunu ilə yekun vurulacaq. 


 

16 avqust 

Azərbaycan  Premyer Liqası, 2-ci tur

18:30. “Kəpəz” 1–1 “Zirə”

Qollar: Şəhriyar Rəhimov 73 // İqor İvanoviç 90+2 

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.
Gəncə şəhər stadionu.

21:00 “Sumqayıt” 1–1 “Xəzər Lənkəran”

Qollar: Bəxtiyar Həsənlizadə 10 // Elşən Rzazadə 36

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Kamran Bayramov, Etibar Həsənov.
Sumqayıt. “Kapital Bank Arena”.



15 avqust 

“Rəvan” – “Qarabağ” - 1:2 
Qollar: 
Yamin Ağakərimzadə, 67-avtoqol (0:1), Qara Qarayev, 83 (0:2), Tural Qürbətov, 87 (1:2)
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Vaqif Musayev, Xəlil Xəlilov.
Bakı. “Bayıl Arena”.

AZAL – “Qəbələ” - 0:2 
Qollar: 
Aleksey Qay, 45-pen (0:1), Aleksey Antonov, 76 (0:2)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, İsgəndər Əliyev, Ziya Nəsirov.
Bakı. “Dalğa Arena”.



17 avqust 

21:00. “İnter” – “Neftçi”
Hakimlər:
 Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Ömər Paşayev.
Bakı. “İnter Arena”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right