AZAL-ın kapitanı: "Qəbələ" səhvlərimizdən istifadə edib qollar vurdu”

"İlk növbədə komanda yoldaşlarıma minnətdarlıq. Sonadək mübarizə apardılar. Amma rəqib də sıradan komanda deyildi”.

Newsport.az-ın məlumatına görə, bu sözləri AZAL-ın kapitanı Seymur Əsədov deyib.

Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Qəbələ" ilə qarşılan Şüvəlan təmsilçisinin gənc yarımmüdafiəçisi "Dalğa Arena”da keçirilən oyundan sonra CBC telekanalına danışıb. Əsədov rəqibin səhvlərindən yararlandıqlarını bildirb: "Qəbələ” Avropa Liqasında sözünü demiş komandadır. Artıq pley-off mərhələsinə qədər gəliblər. Bu üzdən istər-istəməz, özlərinə inamları da çoxdur. Bizim isə səhvlərimiz oldu. "Qəbələ" də bu səhvlərdən istifadə edib qollar vurdu. Amma hər şeyə rəğmən, mən yaxşı olacağına inanıram".
Gənc kapitan milli komandamıza dəvət almaq şanslarından da danışıb: "Əlbəttə, çağırsalar, çox xoş olar. Amma mən tələsmək istəmirəm. Yığmanın baş məşqçisi Robert Prosineçki özü oyunları izləyir, istədiyi futbolçuları seçir. Mənim üçün daha vacib olan klubda öz yerimi möhkəmləndirməkdir, sözümü deməkdir. Ondan sonra yığmaya da dəvət ala bilərəm".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right