"Çoxdandı süni örtüklü meydanda oynamırdıq. Son dövrlər oyun qrafikimiz də sıxdır, üç gündən bir oynamaq məcburiyyətində qalırıq. Hava da çox isti idi. Ona görə oyunun bizim üçün asan keçdiyinin deməzdim”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov deyib.
Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edən xavbek CBC telekanalına müsahibəsində bunları deyib: "Hər şeyə rəğmən, biz oynadıq və qələbə qazandıq. Bu qələbə bizə çox lazım idi. Belə oyunlarda xal itkisi yersiz olardı. Ona görə də deyərdim ki, vacib qələbə qazandıq. Təbii ki, komandamızın qarşısında vacib hədəflər var. Yeni baş məşqçinin gəlişindən sonra komandamızda irəliləyiş çoxdur. Ona görə də "Qəbələ"nin qarşısına ancaq çempion olmaq məqsədi qoyulub".