Coşqun Diniyevin cəzası azaldıldı

AFFA İntizam Komitəsi (İK) "Zirə"nin futbolçusu Coşqun Diniyevin cəzasını azaldıb.

Newsport.az PFL-in saytına istinadən xəbər verir ki,  yarımmüdafiəçinin 2 oyunluq cəzası 1-ə endirilib.

Bundan əvvəl AFFA Diniyevi  "Sabah"a 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın X tur matçının 84-cü dəqiqəsindən ikinci xəbərdarlığı alaraq meydandan kənarlaşdırıldığı üçün 1,  daha sonra stadionun giriş qapısının şüşəsini sındırdığı üçün daha 1 oyunluq (ümumilikdə 2) cəzalandırmışdı. Klub isə 2400 min manat məbləğində cərimə olunmuşdu.

Yeni qərara görə, Çoşqun Diniyev oyunun 84-cü dəqiqəsində ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına,  qırımızı vərəqə alaraq meydançanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığına görə İntizam Məcəlləsinin 33-cü maddəsi nəzərə alınmaqla  1 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

Stadiondakı əmlaka Çoşqun Diniyev tərəfindən dəymiş zərər “Zirə” klubu tərəfindən stadion sahibinə kompensasiya ediləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right